Braziliyada sosial media fenomeni Juliana Oliveiranın kosmetik əməliyyat arzusu kabusa çevrilib. Braziliyada yaşayan sosial media fenomeni daha qadına xas görünmək üçün 2017-ci ildə üzünə dolğular vurdurmaq istəyib.
Lakin seçdiyi lisenziyasız klinikada edilən prosedur onun həyatını alt-üst edib. İddialara görə, klinika işçiləri Oliveiranın yanaqlarına əsl dolğular əvəzinə 21 şpris mineral yağ və işlədici vurublar. Prosedurdan sonra gənc qadının üzündə şiddətli şişkinlik və daimi deformasiya yaranıb. Zərərçəkənin şişmiş yanaqları və göz qapaqları illərdir dəyişməz qalıb.
"The Sun" qəzetinin verdiyi məlumata görə, yaşadığı travmaya baxmayaraq, kosmetik prosedurlardan çəkinməyən Oliveiranın daha sonra döş implantasiyası əməliyyatı keçirdiyi bildirilir. Braziliya mətbuatında yer alan xəbərlərə görə, hazırda 32 yaşlı fenomen kosmetik prosedurlarını davam etdirir. Transgender olan Oliveiranın əvvəllər 2017-ci ildə dolğu istifadə etməsinin səbəbinin daha gözəl və qadına xas görünmək olduğunu bildirmişdi.