İcraçı direktor: "Evlərin qiyməti əlçatan olmalıdır" - RTV

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktoru Ana Klaudiya Rosbax bildirib ki, dünyada ailələrin çoxu gəlirlərinin 30%-dən çoxunu mənzillər üçün xərcləyirlər.

Bu fikirləri Ana Klaudiya Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: Plan nədir?" adlı müzakirədə səsləndirib. Forum 2026-cı il mayın 17-dən 22-dək Bakı, Azərbaycanda baş tutacaq.

O qeyd edib ki, 2 milyard insanın içməli su problemi var. Rosbax həmçinin dünyada mənzil böhranının getdikcə artdığını vurğulayıb və bu böhrandan 2 milyard insanın əziyyət çəkdiyini bildirib. Ana Klaudiya Rosbax deyib:

"Biz binaları tikməklə problemi həll edə bilmərik. Evlərin qiyməti əlçatan olmalıdır. Siyasi qərarlarla problemlərin həlli istiqamətində addımlar ata bilərik. Bu kontekstdə WUF 13 böhranla mübarizə aparmaqda bizə kömək olacaq."

O, mənzil böhranının həlli üçün siyasi qərarların vacibliyini xüsusi olaraq qeyd edib.