İnəklərin hücumuna məruz qalan 67 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır - RTV

Avstriyanın Şərqi Tirol əyalətinin Lienz rayonunda, otlaq ərazidə inək sürüsünün hücumu nəticəsində 67 yaşlı qadın həyatını itirib.

Hadisə zamanı qadının 65 yaşlı həyat yoldaşı ciddi xəsarətlər alıb. Yaralı helikopter vasitəsilə tibb müəssisəsinə təxliyə edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iri buynuzluların bu cür aqressivləşməsinin səbəbi hələlik məlum deyil.