İranda məktəblər distant təhsilə keçməyə hazırlaşır - RTV

Aprelin 21-dən etibarən İranda bütün məktəblər distant təhsilə keçəcək.

Bu barədə İran Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin verdiyi məlumata görə, distant təhsilə keçid ölkə üzrə bütün təhsil səviyyələrinə və siniflərə şamil ediləcək.

Bildirilib ki, bu qərar xüsusi sərəncama qədər qüvvədə olacaq.