"İsa Məsih" həbs edildi - RTV

İranın Yəzd vilayətində özünü "İsa Məsih" kimi təqdim edən bir sektanın qurucusu saxlanılıb.

Bu barədə vilayətin prokuroru Mehdi Həsənpur məlumat verib. Prokurorun sözlərinə görə, sektanının rəhbəri əvvəlcə Tanrı tərəfindən seçildiyini iddia edib, daha sonra isə özünü İsa Məsih kimi təqdim etməyə başlayıb. O, xurafat yayaraq qeyri-adi asketik qaydalar tətbiq edib və tərəfdarlarından şəxsi maraqları üçün istifadə edib.

Prokuror bildirib ki, sektanının üzvləri Quranı yandırır, müqəddəs məkanları təhqir edir və müsəlman din xadimlərini alçaldırdılar. Həmçinin, onlar İsrailin İrana qalib gəlməsi üçün dualar oxuyurdular.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sektada mühüm rol oynayan daha üç nəfər də saxlanılıb.