Dubay əmirinin qardaşıoğlu Şeyx Səid bin Məktum əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı idmançı Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.
RTV xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Modernəzəbə ə Baş Konsulluğundan bildirilib. Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyatı qurumları, o cümlədən hüquq mühafizə orqanları ilə müvafiq işlər aparılır.
Baş konsulluq konsulluq mandatına uyğun olaraq zəruri tədbirlər görməkdədir.
Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Zeynəb Cavadlının Dubaya yollanan atasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.