Kanadalı məşhur aktrisa Kerry En Fleming 51 yaşında vəfat edib. Onun ölüm səbəbi süd vəzi xərçəngi olub.
Aktrisa "Supernatural" və "iZombie" kimi geniş izləyici kütləsinə malik seriallardakı rolları ilə tanınırdı.
Qeyd edək ki, Kerry En Fleming 16 avqust 1974-cü ildə Nova Skotia əyalətinin Digbi şəhərində anadan olmuşdu.