Nikahdankənar münasibətdə olan cütlüyə 100 şallaq CƏZASI - RTV

İndoneziyanın Açe vilayətində nikahdankənar münasibətə görə bir kişi və bir qadın ictimai şəkildə cəzalandırılıb.

Bu barədə ölkənin prokurorluq nümayəndəsi Racaşkan öz açıqlamasında bildirib. Hökm aprelin 7-də şəhər parklarından birində icra olunub. Qanun pozucularının hər birinə regionda qüvvədə olan Şəriət normalarına uyğun olaraq 100 şallaq zərbəsi təyin edilib.

Açe İndoneziyada İslam cəza hüququnun tətbiq olunduğu yeganə vilayət olaraq qalır. Həmin gün ümumilikdə altı nəfər cəzalandırılıb. Digərlərinə isə qarşı cinslə fiziki təmas və spirtli içki qəbulu da daxil olmaqla müxtəlif pozuntulara görə 8-dən 29-a qədər zərbə cəzaları verilib.