Qonşu ölkədə TƏHLÜKƏ - Bizədə keçə bilər - RTV

RTV-nin məlumatına görə, Türkiyənin Aydın vilayətində heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən geniş miqyaslı karantin tədbirləri tətbiq olunub.

Yerli medianın yaydığı məlumata əsasən, Yenipazar rayonunun Hacıköselər məhəlləsində xəstəliyin aşkarlanmasından sonra ətraf ərazilərdə də ciddi məhdudiyyətlər qüvvəyə minib. Yenipazar və Çine rayonlarında ümumilikdə 17 məhəllə karantin zonasına daxil edilib.

Karantin tətbiq olunan ərazilərdə heyvanların alqı-satqısı, eləcə də giriş-çıxış tamamilə dayandırılıb. Səlahiyyətli qurumlar xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini gücləndirib.