Rusiyanın Omsk vilayətində Aeroprakt-22 yüngül mühərrikli təyyarə qəzaya düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub.
Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb. Məlumata görə, qəza Koşkaryeva kəndi yaxınlığında baş verib.
Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb.