Rusiyada xərçəngə qarşı peyvənd tətbiq olundu - RTV

Rusiyada beş xəstəyə xərçəng xəstəliyinə qarşı peyvənd tətbiq edilib.

Bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova məlumat verib. Bildirilib ki, həmin şəxslər yalnız bağırsaq xərçənginə qarşı peyvənd olunublar.

Skvortsovanın sözlərinə görə, ilk peyvənd olunan şəxs artıq altı doza qəbul edib. O, preparatın yaxşı mənimsənildiyini və təhlükəsiz olduğunu qeyd edib. Bununla belə, müalicənin effektivliyi barədə yalnız bir neçə aydan sonra dəqiq danışmağın mümkün olacağını vurğulayıb.

Veronika Skvortsova hazırda daha 35 xəstənin peyvəndlənmə növbəsində gözlədiyini də əlavə edib.