Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.
Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min ABŞ dollarlıq dələduzluq etdiyi müəyyən edilib və barəsində beynəlxalq axtarış elan olunmuşdu.