İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsraildə bir sıra hərbi obyektlərə zərbələr endirdiyini bildirib. Sepah İsrail Müdafiə Nazirliyinin Tələvivdə yerləşən Kirya kompleksindəki binasına, eləcə də Tələviv və Petax Tikva şəhərlərindəki hərbi obyektlərə hava zərbələri endirib. Qeyd olunub ki, zərbələr həmçinin Qərbi Qalileyada yerləşən bir neçə hərbi mərkəzi də hədəf alıb. İsrail tərəfi hələ ki, açıqlama verməyib.