ABŞ-da Southwest Airlines aviaşirkətinə məxsus təyyarə, Nyuşvil-Ford Lauderdayl reysi zamanı, bir sərnişinin telefonunda azan səsinin səslənməsi səbəbindən təhlükəsizlik məqsədi ilə Atlanta hava limanına təcili eniş edib.
Məlumatlara görə, bəzi sərnişinlər siqnalı təhlükə kimi qiymətləndirərək ekipaj üzvlərinə məlumat veriblər. Bundan sonra təyyarə təcili tədbir olaraq marşrutunu dəyişib.
Təyyarəyə daxil olan silahlı təhlükəsizlik əməkdaşları həmin sərnişini yoxlamaq üçün təyyarədən endiriblər.
Hadisədən sonra Fətəbə və yerli hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı heç bir təhlükəsizliyi riski aşkarlanmayıb və sərnişinə qarşı hər hansı təqsir irəli sürülməyib.