Türkiyədə dəhşət: Qarşısına çıxan hər kəsi güllələdi - RTV

Türkiyənin Mersin şəhərində altı nəfərin ölümünə səbəb olan silahlı hücum anları kameralara düşüb. Görüntülərdə şübhəlinin silahını çıxararaq insanlara atəş açması əksini tapıb.

Qeyd edək ki, hadisə Mersində bir şəxsin keçmiş həyat yoldaşını öldürməsindən sonra müxtəlif ünvanlarda silahlı hücumlar törətməsi ilə başlayıb. Hücumlarda ümumilikdə altı nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Məlumata görə, Metin Çamlı əvvəlcə Çamlıyayla rayonunun Darıpınarı məhəlləsində keçmiş həyat yoldaşı Arzu Özdeni qətlə yetirib. Daha sonra qaçaraq Tarsus rayonuna gedib və Kadelli Dörtlər məhəlləsindəki restorana silahlı hücum edib. Restoran sahibi Sabri Pan xəstəxanada, işçi Ahmet Ercan isə hadisə yerində həyatını itirib.

Şübhəli daha sonra Kaburgədiyə məhəlləsində heyvan otaran Yusuf Oktayı, Yeniköy mə