Türkiyədə güclü zəlzələ oldu - RTV

Türkiyənin Malatya vilayətində təxminən 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeraltı təkan Battalgazi rayonunda baş verib. Zəlzələ ocağının dərinliyi 7 kilometr olaraq müəyyən edilib.