Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri GÖRÜN NƏ OLDU - RTV

Türkiyənin Kahramanmaraş vilayətinin 12 Şübat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən və 20 nəfəri yaralayan şagird İsa Aras Mersinlinin hadisə zamanı dediyi sözlər məlum olub.

Məlumata görə, hadisə zamanı hücum edən şagirdə müdaxilə edən valideyn Necmettin Bekçi yaşananları danışıb. Bekçi hadisə günü məktəbin yaxınlığındakı evində silah səsləri eşitdiyini bildirib. O, şagirdlərin çaxnaşma içində pəncərədən tullanmağa və məktəbdən qaçmağa çalışdığını gördüyünü söyləyib.

Məktəbə qaçdığını deyən Bekçi övladlarının yanına çatdıqdan sonra silah səslərinin gəldiyi bölgəyə yönəldiyini vurğulayıb. Hücumçunu zərərsizləşdirib təhlükəsizlik qüvvələrinə təhvil verməyi hədəflədiklərini ifadə edən valideyn, o vaxt bəzi şagirdlərin tualetlərdə gizləndiyini bildirib.

Bekçi həmçinin İsa Aras Mersinlinin təhlükəsizlik qüvvələrinə təslim edildiyi vaxt dediyi sözləri eşidib:

"Məni bağışla."

O, şagirdin bu sözləri təkrarladığını qeyd edib.