Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə DÖYDÜLƏR - RTV

Türkiyədə ara sıra baş verən insidentlər davam edir. Bu dəfə Türkiyədə "Aras Turizm" avtobusunun sürücüsü naxçıvanlı sərnişini vəhşicəsinə döyərək xəstəxanaya yerləşdirib. Zərbələr nəticəsində sərnişinin beyin qanaxması baş verib.

Hadisənin Kars şəhəri, İğdır-Qars marşrutu üzrə hərəkət edən avtobusda baş verdiyi bildirilir. Sərnişinlərin verdiyi məlumata görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələrlə verməsindən sonra yaranıb.

Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər. Qeyd olunur ki, naxçıvanlı sərnişinlər belə hallarla tez-tez rastlaşdıqlarını, saatlarla yolda gözlədiklərini və alçaldıldıqlarını qeyd ediblər.