RTV-nin məlumatına görə, Türkiyənin Van bölgəsinin Tuşpa rayonunda 3,2 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələ ilə bağlı detalları paylaşıb. Məlumatda qeyd olunur ki, Türkiyə vaxtı ilə saat 09:11-də baş verən zəlzələnin dərinliyi 13,24 kilometr olaraq müəyyən edilib.
Xatırladaq ki, bu gün səhər saat 08:52-də də Van bölgəsində 5,2 bal gücündə zəlzələ baş vermişdi.