Ukraynanın mənim məsləhətimə ehtiyacı yoxdur, amma... - Putinlə bağlı suala tutarlı cavab -RTV

4-cü Şuşa Qlobal Media Forumunun açılışında jurnalist Dmitri Qordonun "Putinlə bağlı sualına belə cavab verdi" başlığı ilə Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırıb.

Dmitri Qordon Prezident Əliyevə müraciət edərək bildirib ki, ötən il bu forumda ona "heç vaxt münaqişə ilə barışmayın" dediyini xatırladıb və bu ilki vəziyyətin dəyişdiyini qeyd edib.

"Siz ötən il bu zalda mənə dediniz ki, heç vaxt münaqişə ilə barışmayın. Bir çox dəyişiklik baş verib. Bu gün bütün dünya görür ki, Krım yarımadası artıq mühasirəyə alınıb. Bu gün bütün dünya görür ki, dünyanın ən zəngin neft-qaz ölkəsində benzin üçün yanacaq doldurma stansiyalarında uzun növbələr var. Bu gün Ukrayna dronları Moskva, Sankt-Peterburqdan Sibirə dəki Rusiyanın müxtəlif ərazilərinə zərbələr endirir. Bu gün yeni vəziyyətdə Ukraynaya yenidən nə məsləhət görərsiniz? Bu gün Putinə nə məsləhət görərdiniz? Çünki zənnimcə onun heç bir yaxşı çıxış yolu yoxdur."

Azərbaycan Prezidenti İlham Əliyev isə Dmitri Qordonun sualına cavab olaraq bildirib ki, Ukraynanın onun məsləhətinə ehtiyacı yoxdur.

"Keçən ilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrər etmək istəyirəm. Münaqişə ilə razılaşmayın. Bu, düzdür, çətin dövrlər olub bu illər ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub. Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı."