Xameneinin dəfn edildiyi məşhəddə silahlı İNSİDENT: Ölənlər var - RTV

İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahının təhlükəsizlik məntəqəsinə silahlı hücum olub.

Hadisə zamanı Kalashnikov avtomatları ilə silahlanmış 3 nəfər hücum edib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 2-si polis, 1-i isə bələdiyyə işçisi olmaqla 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.

Xorasan Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirulla Şəmqqədri, Məşhədin Sərəfrəzan bulvarı ərazisində baş verən silahlı insidentdə 2 nəfərin öldüyünü təsdiqləyib.