Taylandda yarasalar arasında koronavirusun yeni bir növü müəyyən edilib. Bu barədə ölkənin İqtisadiyyat və Cəmiyyətlə Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət Departamenti ilə birgə aparılan araşdırmalar nəticəsində yeni ştamın mövcudluğu təsdiqlənib. Hazırda insanlara yoluxma halları qeydə alınmayıb.
Tədqiqatlar göstərir ki, virusun bu ştamı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Nazirlikdən qeyd edilib ki, epidemiya təhlükəsi azdır.