Zelenski və Tramp bu həftə görüşəcək - RTV

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı Vaşinqtonda görüşəcək.

Bu barədə RTV-nin nümayəndəsi məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi də Zelenskinin ABŞ-a səfərində maraqlıdır.

Lakin Ukraynalı mənbə bildirib ki, səfərlə bağlı yekun qərar Ağ Evin Trampın rəsmi iş qrafikini təsdiqləməsindən sonra veriləcək.

Mənbənin sözlərinə görə, Ukrayna və ABŞ rəsmiləri Ukraynada müharibəyə son qoymağa yönəlmiş yeni sülh təşəbbüsləri çərçivəsində hava məkanında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı təklifləri müzakirə ediblər.