FİFA Dünya Kubokunun final matçında fasilə müddəti ilə bağlı qərarını dəyişib. Bu dəyişiklik kütləvi etirazlara səbəb olub.
Verilən rəsmi açıqlamaya görə, Dünya Kubokunun final oyununda fasilə müddəti əvvəlki kimi 17 dəqiqə olacaq. Zamanın idarə olunması isə aşağıdakı kimi müəyyən edilib:
11 dəqiqə musiqi şousu finalın fasiləsində baş tutacaq. Bu musiqili çıxışlar tam olaraq 11 dəqiqə davam edəcək.
Səhnə və meydança hazırlığı üçün qalan zaman kəsiyi isə şou səhnəsinin qurulması və çıxışdan sonra dərhal sökülməsi, eləcə də ot örtüyünün sulanması üçün istifadə olunacaq.
Qeyd edək ki, FİFA daha əvvəl şou proqramı üçün fasilənin 30 dəqiqə olacağını qərara vermişdi.