"Kəpəz"in futbolçusu belə bıçaqlanıb: Hadisənin TƏFƏRRÜATLARI - RTV

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Museyi Bağırov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Xəstəxana nümayəndəsi bildirib:

"3 fevral 2026-cı il tarixdə səhərə yaxın xəstəxanamıza 2002-ci il təvəllüdlü kişi cinsi xəstə döş qəfəsinin sol tərəfindən daxil keçən kəsilmiş deşilmiş xəsarətlə gətirilmişdir. Xəstə birbaşa əməliyyatına götürülmüş, sol tərəfli torakotomiya icra olunmuş, ağciyərin yarası tikilmişdir. Hal-hazırda xəstənin vəziyyəti keçirilmiş əməliyyata uyğundur və müalicəsi reanimasiya şöbəsində davam etdirilir."

24 yaşlı futbolçunu bıçaqlayan şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan 24 yaşlı Veysəl Rzayev "Kəpəz"in futbolçusudur. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.