"Metro saat 1-ə qədər işləyəcək" - RTV

Yanvar ayının 21-də Tofiq Bəhramov adına stadionda Qarabağ və Axt komandalarının görüşü baş tutacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti əsasında və Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin paytaxtda keçirilən mədəni kütləvi tədbirlər planına uyğun olaraq Bakı metropolitenində iş saatları uzadılacaq.

Oyuna olan böyük azərkeş kütləsini nəzərə alaraq, həmçinin gec saatlara qədər davam edəcəyini nəzərə alaraq metropolitenin stansiyalarının iş fəaliyyəti yanvar ayının 21-dən 22-nə keçən gecə gecə saat 01:00-a qədər uzadılacaqdır. Oyun sonrası sərnişinlərin rahat, təhlükəsiz və sürətli tənzimlənməsi üçün metropoliten əməkdaşlarından ibarət xüsusi növbəçiliklər təşkil olunacaqdır və xəttdə sərnişin axını tənzimləmək üçün ehtiyat qatarlar buraxılacaqdır.