Bu gün oğlanlardan ibarət U-18 millimiz Portuqaliyanı məğlub edib.
Bu, Avropa çempionatının B divizionunda keçirilən qrup oyunu olub.
Millimiz ilk hissədə rəqibə məğlub olsa da, ikinci hissədə geri dönüş edərək 52:50 hesablı qələbə qazanıb.
Görüşün ən dəyərli basketbolçusu 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Ağayev seçilib.
Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda üçüncü sırada qərarlaşıb.
Gedəcəki yığmamız qrup sonuncü oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da İspaniya seçməsinə qarşı keçirəcək.