Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkar edilib. Hadisə mayın 29-da baş verib.
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin doqquzuncu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb.
Rabiyyə Abdullayeva idman sahəsində əldə etdiyi nailiyyətlərlə tanınır. O, taekvondo üzrə 55 kiloqramlıq çəki dərəcəsində keçirilən Respublika çempionatında üçüncü yerə layiq görülüb.
İddialara görə, valideynləri son vaxtlarda onun idmana olan marağından narazı imiş. Bu hadisə məktəb kollektivində və kənd sakinləri arasında dərin üzüntüyə səbəb olub. Nəticədə, məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Məlumat RTV tərəfindən yayılıb.