Sadıq Sadıqov qəfil vəfat etdi - RTV

Neftçinin sabiq prezidenti Sadiq Sadıqov qəfil vəfat edib. 61 yaşlı funksioner dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Sadiqov 2009-2015-ci illərdə Neftçi idman klubunun prezidenti olub. Sadiqovun prezident olduğu dövrdə Neftçi üç dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunu qazanıb. Sadiq Sadıqov son olaraq Neftçi idman klubunun idarə heyətinin sədri vəzifəsini icra edirdi.