Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Mənzil maliyyələşdirməsi üçün yeni razılaşma" adlı tədbir keçirilib. Tədbirdə səsləndirilən fikirlərə görə, 2030-cu ilə qədər dünya əhalisinin 30%-i mənzil təminatına ehtiyac duyacaq.
Azərbaycan Respublikası Maliyyə Nazirinin birinci müavini Anar Kərimov bildirib ki, Azərbaycanda son 20 ildə mənzil təminatı sistemi formalaşdırılıb. Bu müddət ərzində 58 min ipoteka müqaviləsi bağlanılıb.
"Tətbiq olunan model xüsusilə gənc ailələr üçün əlverişlidir və yalnız maliyyələşməni deyil, həm də effektiv idarəetməni əhatə edir. Güzəştli mənzil proqramları dövlət işçiləri və publik sektorda çalışan mütəxəssislərə də şamil olunur."
Anar Kərimov əlavə edib ki, bütün mərhələlərdə rəqəmsallaşdırma tətbiq edilir və bu proses həm müraciət, həm də icra səviyyəsində həyata keçirilir.
Tədbirdə çıxış edən Ana Klaudia Rospaks qeyd edib ki, mənzil və evlərin yüksək qiyməti demək olar ki, bütün ölkələr üçün ortaq problemdir.
"Dövlət subsidiyaları və güzəştlər vacibdir, çünki demək olar ki, heç bir ölkədə mənzillər subsidiyas