Artıq sürücülük vəsiqəsinə ehtiyac yoxdur: Rəsmən elan olundu - RTV

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, avtonom avtomobilin avtomatlaşdırılmış idarəetmə sisteminə nəzarət edən şəxsdən sürücülük vəsiqəsi tələb olunmayacaq.

RTV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülük vəsiqəsi olmayan nəqliyyat vasitəsinin idarə edilməsi bu proqram təminatı ilə mümkün olacaq. Əsədovun sözlərinə görə, bu, məntiqlə doğrudur. Bu işlə məşğul olan sahibkar və ya bir mərkəzdən bir neçə nəqliyyat vasitəsini idarə edə biləcək. Bunun da özünəməxsus üstünlükləri var. Bunların əsas özəlliklərindən biri də nəqliyyat vasitələrinin ümumi rentabelliyinə təsir edəcək.