Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1% artaraq, 2026-cı il aprel ayının 1-i vəziyyətinə görə 10 milyon 268 min 165 nəfərə çatıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində öz əksini tapıb.
Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni isə kənd sakinləri təşkil edir. Cins bölgüsünə görə, əhalinin 49,8%-i kişilər, 50,2%-i isə qadınlardır.