Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - RTV

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, 2025-ci ilin əvvəlindən indiyə qədər Azərbaycanda mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib. Bu auditlərdən 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlamalar olub.

Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan otellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə 18 otelin ulduz kateqoriyası sahib olduğu halda sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən otel isə qeydə alınmayıb.

Agentliyin məlumatına görə, hazırda Azərbaycanda ulduz kateqoriyalı 283 otel var. Həmin otellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.