Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1151,5 manat təşkil edib.
Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 6,2% çoxdur.
Beləliklə, Azərbaycanda orta aylıq əmək haqqının 1100 manat həddini keçdiyi təsdiqlənib.