Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK - RTV

Azərbaycanda istifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq. RTV Okcaz istinadən xəbər verir ki, bundan sonra ödənişləri post-terminallar vasitəsilə etmək mümkün olacaq.

Belə ki, istifadə olunan qazın dəyəri və sabit tarif bank, poçt, post-terminallar, eləcə də internet ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə ödəniləcək. Daha əvvəl qazın dəyərini yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəmək mümkün idi.