Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtanın 3, ağ yumurtanın isə 1 qəpiyə təklif olunması barədə məlumat yayılıb.
RTV xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib. Qiymət ucuzlaşması bazarın tələbi ilə bağlıdır.
Assosiasiyanın idarə heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir. Ölkə bazarında tələbin 4-4.5 milyon ədəd həddində olduğu deyilir. İstehsalat tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır.
Həsənli qeyd edir ki, son illərdə dövlətin dəstəyi sayəsə təlabatdan artıq yumurta istehsalı var. Bu istehsalatın nə qədər müddətdir davam etdiyi isə qeyd olunmur. Nəticədə yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur.
Həmçinin, xarici ixraca nail olunub. İndi də ixrac gedir. Yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq.
Bazarın dəyişməz qanunu odur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür.