Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
RTV-nin xəbər verdiyinə görə, iki vaqondan ibarət çəkisi 139 ton olan buğda və iki vaqondan ibarət çəkisi 138 ton olan gübrə 1 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Ümumilikdə, Azərbaycandan Ermənistana 280 tona yaxın yük yola salınıb.