Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək - RTV

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək. RTV Report-a istinadən xəbər verir ki, bu ölkəyə yük Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasından yola düşəcək.