“Azərpoçt”un rəhbəri vəzifəsindən getdi - RTV

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

RTV Report-a istinadən xəbər verir ki, İsi Mustafayev “Paşa Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Məlumata görə, İ. Mustafayev 2000-ci ildən etibarən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb.