Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı - RTV

Bakıda mövcud olan bəzi avtobus dayanacaqlarının yenilənməsi və ya sökülməsi planlaşdırılır. Bu işlərin həyata keçirilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 420 min 531 manat vəsait ayrılıb.

Qurum tərəfindən verilən məlumata görə, bu məbləğ paytaxtın küçə və prospektlərindəki sərnişin dayanacaqlarının təmiri, bərpası və yararsız vəziyyətə düşənlərin sökülməsi işlərinə xərclənəcək.

Sərf olunan vəsaitin dəqiq miqdarı 420 min 531 manat təşkil edir.