Bakıda iş saatları dəyişdirilir - Deputat - RTV

Bakıda iş saatlarının dəyişdirilməsi təklifi irəli sürülüb. Bu barədə deputat Vüqar Bayramov məlumat verib. O bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2035-ci illər üçün dövlət proqramı əsasında dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimlərinin dəyişkən iş qrafikinə əsasən təşkil edilməsi nəzərdə tutulur.

Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqram əsasında dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı təhlillər yaxın zamanda tamamlanmalıdır. Bununla da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılar əsasən dəyişkən iş rejimi təşkil olunacaq.