Ərzaq bazarında vəziyyət ürək açan deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və Xəzər TV telekanalıının birgə müsahibəsində bildirib ki, ərzaq bazarında ümumilikdə 84 ərzaq bazarı yoxlanılıb.
Onlardan 17 ərzaq bazarında aşkara edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib. 8 bazarda nöqsanlar qismən aradan qaldırılıb. 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir.
Qoşqar Təhməzlinin sözlərinə görə, fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirəm ki, mövcud nöqsanların ən qısa zamanda aradan qaldırılsın. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşma olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək.