"TəhsilPlus" kartı vasitəsilə edilən nəqliyyat ödənişlərinin 10%-i geri qaytarılacaq.
Bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-dək Gəncə şəhərində ictimai nəqliyyat üzrə bütün "TəhsilPlus" kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10%-i kart hesabına geri köçürüləcək.
Geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin "TəhsilPlus" kart hesabına köçürülür. Bu təklifdə hər hansı limit nəzərdə tutulmur.
"TəhsilPlus" kartı istifadəçilərinə nəqliyyat xidmətlərindən istifadə zamanı əlavə üstünlüklər təqdim edir.