Bu mağazada yarım milyonluq yeyinti - Menecer həbs edildi - RTV

Bakıda fəaliyyət göstərən "Exclusive" mağazasının meneceri Fərid Məmmədov yeyinti ittihamı ilə həbs edilib.

Məlumata görə, Fərid Məmmədov geyim məhsulları satılan bu mağazada əvvəlcə satıcı, daha sonra isə menecer vəzifəsində çalışıb. Müəyyən edilib ki, o, işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini şəxsi bank kartına yönəltməklə mənimsəyib.

Bu üsulla Məmmədov 500 min manatdan çox pulu qanunsuz yolla ələ keçirib. Mağaza sahibinin şikayəti əsasında Fərid Məmmədov həbs olunub.

Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə yekun ittiham verilib. Əgər məhkəmədə təqsiri sübuta yetirilərsə və dəymiş ziyan ödənilməzsə, Fərdi Məmmədovu 14 ilədək həbs cəzası gözləyir.