Bu məhsulların ölkəyə girişinə qadağa qoyuldu - RTV

Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan gömrük məcəlləsinə təklif edilən dəyişikliklər təklif olunan qanun layihəsi ölkəyə daxil olan qeyri-qida istehlak mallarının təhlükəsizliyini göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin edəcək.

Qanun layihəsinə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejiminin yerli və ya digər ölkə mənşəli oxşar mallarına tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq. Yerli istehsalın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınaraq, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyə uyğunlaşdırmaları üçün 24 ay keçid dövrü nəzərdə tutulub.

Bu tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınır.