Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dolları dəyərində qızıl gül idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən, sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min 480 ABŞ dolları dəyərində məhsul ixrac edib. Eyni dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.