Azərbaycanda ətin qiymətinin stabilləşməsi və ucuzlaşması gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev məlumat verib.
Zaur Əliyev bildirib ki, ətin qiymətinin ucuzlaşması istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacaq. Hazırda Azərbaycanda mal ətinə tələbat 83,7%, qoyun ətinə tələbat 94,2%, quş ətinə tələbat isə 82% təşkil edir. Bu tələbatın yerli istehsal hesabına ödənilməsi əsas məqsədlərdəndir.