Ətin qiyməti ucuzlaşacaq? - Nazirdən AÇIQLAMA - RTV

Azərbaycanda ətin qiymətlərinin sabitləşməsi və ya ucuzlaşması gözlənilir. Bu, Kənd Təsərrüfatı Nazirliyinin istehsalı artırması və maya dəyərini azaltması hesabına təmin olunacaq.

Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev mətbuat konfransında bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.

Hazırda Azərbaycanda mal ətinə tələbat 83,7%, qoyun ətinə tələbat 94,2%, quş ətinə tələbat isə 82% yerli istehsal hesabına ödənilir.