"Eurohome" tikinti bazarının fəaliyyəti dayandırıldı - RTV

Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən "Eurohome" tikinti materialları satış bazarının fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən adıçəkilən bazarda yoxlama aparılıb. Yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğu aşkar edilib.

Aşkarlanan pozuntular səbəbindən satış bazarının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərar obyekt nümayəndəsinə təqdim edilib.