Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - 17,9 milyon necə xərclənib? - RTV

Hesablama Palatasının Dövlət Gömrük Komitəsində apardığı audit zamanı ciddi nöqsanlar aşkar edilib. Audit nəticəsində məlum olub ki, 24,6 milyon manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda, "Azərterminalkompleks" birliyinin hesabında saxlanılıb.

Bundan əlavə, inzibati cərimələrin tam uçotu aparılmayıb. Bəzi hallarda isə gömrük ödənişlərinin hesablanması və büdcəyə köçürülməsi təmin edilməyib. 602,3 min manat məbləğində isə işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.

Yeni inzibati binanın tikintisi üzrə 17,9 milyon manatlıq maliyyə sənədlərində tam əks etdirilməyib. Həmçinin, auditin nəticələrinə əsasən 966,41 milyon manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat isə natura formasında bərpa edilib. 3,2 milyon manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.